Ceyhun Bayramov İsrailə gedəcək

 10:20 03.03.2023     271

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

 

Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.

Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.