Rusiya qarşısında ərazi iddiası qaldırmalıyıq - Deputat

 13:10 03.03.2023     377

Azərbaycan Rusiya ilə SSRİ-nin tərkibinə hansı ərazilərlə qatıldığını müzakirə etməldir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deputat Hikmət Babaoğlu bildirib.

“Azərbaycan 1920-ci ildə SSRİ-nin tərkibinə hansı ərazilərlə qatılıb? Bununla bağlı Rusiya qarşısında iddia qaldırmalıdır. Rusiya özünü SSRİ-nin varisi adlandırır. O zaman biz varis olaraq Rusiya ilə bu ərazilər barədə müzakirə aparmalıyıq”, - deyə deputat əlavə edib.