Deputat Naxçıvanda Ombudsman institutunun ləğvini İSTƏDİ

 12:08 07.03.2023     344

“Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir”.

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa çıxış edib.

Millət vəkili deyib ki, unitar dövlətdə bir Ombudsman təsisatı olmalıdır.

“Ancaq Naxçıvanda ayrı Ombudsman institutu var. Eyni zamanda Qarabağda biri özünü qondarma Ombudsman elan edib. İndiki mərhələdə Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir, bu, unitar dövlət prinsipinə də ziddir. Naxçıvanda hüququ pozulanlar Ombudsman Səbinə Əliyevaya müraciət edə bilmir", - deyə F.Mustafa bildirib.