Mədəniyyətlərarası Dialoq Forumu bərpa olunur
Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq.
Redaktor.az-ın xəbərinə görə, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.
Dövlət başçısı bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.