Ermənistan KTMT-nin bu kvotasından imtina ETDİ

 14:38 10.03.2023     429

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavininin kvotasından imtina etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan "Sputnik Ermənistan"a bu məlumatı təsdiqləyib.

"Bəli, biz KTMT-yə müvafiq təklif təqdim etmişik", - Hunanyan bildirib.

İdarənin nümayəndəsi qərarın təfərrüatlarını və səbəblərini açıqlamayıb.

Xatırladaq ki, yanvarın əvvəlində baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Turan İSMAYIL