Ayxan Hacızadə ABŞ-ın Ermənistandakı səfirinə cavab verdi
Laçın yolu normal nəqliyyat üçün hər zaman açıq olub.
Redaktor.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-ın Ermənistandakı səfirinə cavabında bildirib.
Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür.