"Seçki kampaniyasını musiqisiz aparacağıq" - Ərdoğan

 17:42 10.03.2023     309

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bildirib ki, fevralın 6-da baş vermiş zəlzələdə həlak olanlara hörmət əlaməti olaraq prezident və parlament seçkiləri üçün musiqi müşayiəti olmadan təşviqat aparmaq qərarına gəlib.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

“Biz kampaniya üçün hazırlanan bütün musiqiləri qadağan edirik. Biz musiqisiz təbliğat aparacağıq, üz-üzə görüşəcəyik”, - deyə Ərdoğan sərəncam imzalandıqdan sonra danışıb.

Qeyd edək ki, Ərdoğan bu gün Türkiyədə ümumi seçkilərin mayın 14-nə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Turan İSMAYIL