Leyla Abdullayeva fələstinli həmkarı ilə görüşdü

 09:20 11.03.2023     238

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fələstinin bu ölkədəki səfiri Hala Abou-Hassira ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Leyla Abdullayeva özünün "Twitter" səhifəsində məlumat paylaşıb.

Diplomat bildirib ki, Hala Abou-Hassira ilə görüş zamanı maraqlı müzakirə aparılıb.

“Hörmətli həmkarıma səmimi qəbula və faydalı fikir mübadiləsinə görə təşəkkür etmək istərdim”, - deyə Leyla Abdullayeva qeyd edib.