İsrailin Azərbaycanla dostluğu istənilən şəraitdə davam edəcək - Keçmiş baş nazir

 13:41 11.03.2023     354

İsraillə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir.

Redaktor.az-ın məlumatına görə, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.

“İsraildə hökumət dəyişikliyindən zərər görməyən bir ölkə var ki, o da Azərbaycandır. Çünki həm müxalifət, həm koalisiya hökuməti, həm də iqtidar Azərbaycanın yanındadır. Biz sizə hörmət edirik, sizin dostluğunuza görə minnətdarıq və bu dostluğumuz istənilən şəraitdə davam edəcək” - o, bildirib (apa).