Qarabağın erməni ictimaiyyətinin nümayəndələri Bakıda görüşə dəvət edildi

 13:16 13.03.2023     330

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Redaktor.az "report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.