"İran Azərbaycana qarşı hədə və şantajlarını davam etdirərsə..." - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
İranın bu təxribatı ilə bağlı Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri bu ölkəyə etirazını bildiriblər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayevin fikrincə İranın Azərbaycan-İran dövlət sərhədi boyunca hərbi təyyarəsini qaldırması, uçuş həyata keçirməsi Azərbyacana əzələ nümayiş etdirməkdir.
“Bu Azərbaycanı qorxutmaq cəhdidi, xain bir addımdır. Artıq Azərbaycanın dövlət orqanları da - Müdafiə Nazirliyi də, Xarici İşlər Nazirliyi də, siyasi partiyaları da, parlament üzvləri də bu məsələyə etiraz edib və lazım olan cavabı verib. Əgər İran bu şəkildə Azərbaycana qarşı hədə və şantajlarını davam etdirərsə, təbiiki, Azərbaycanında atacağı addımlar var", - deyə deputat bildirdi.
Arzu İSMAYIL