Paşinyan üçtərəfli görüş təklif etdi

 16:08 14.03.2023     276

“İrəvan Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsinə hazırdır”.

Redaktor.az “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Rusiyaya gedəcək: “Bu məsələ orada müzakirə olunacaq”.