Türk Dövlətləri Təşkilatının Ankarada fövqəladə Zirvə görüşü keçiriləcək

 09:11 15.03.2023     353

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a Qırğızıstan dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

“Prezident Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək sammitində iştirak edəcək” - o, deyib.

Planlaşdırıldığı kimi, martın 15-16-da Ankarada keçiriləcək görüş zamanı TDT-yə daxil olan ölkələrin liderləri təbii fəlakətlərlə mübarizədə fəaliyyətlərin əlaqələndirilməsi və belə vəziyyətlərdə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə edəcəklər.

Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi yaradılıb. İndiki adını 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə alıb. Təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.

Dünya ictimaiyyətində yalnız Ankara tərəfindən tanınan Şimali Kipr Türk Respublikası da Ankara sammitinə müşahidəçi qismində dəvət olunub.

Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyevin sözlərinə görə, Ankarada təşkilata üzv dövlətlərin rəhbərləri həmçinin “təbii və texnogen təhlükələr nəticəsində baş verən təbii fəlakətlər, cavab tədbirləri, habelə kollektiv müzakirələr aparacaqlar." Japarovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla martın 16-17-də danışıqları planlaşdırılıb və bu danışıqlarda “ikitərəfli əməkdaşlığın aktual məsələləri” müzakirə olunacaq.

Turan İSMAYIL