Papikyan KTMT-nin baş katibi ilə Azərbaycanıla sərhəddəki vəziyyəti müzakirə edib

 19:56 16.03.2023     252

Ermənistanın müdafiə naziri Suren Papikyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla bildiriri ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. Xüsusilə, sərhəddəki vəziyyətdən danışan Papikyan, hərbi əməliyyatların başlanması ilə bağlı problemlərdən danışıb.”,- məlumatda  deyilir.

Xatırladaq ki, yanvarın 20-də Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan “Times” radiosuna müsahibəsində bildirib ki, İrəvan Rusiyanın Azərbaycanın hərəkətlərinə reaksiyasından razı deyil, çünki o, Moskvadan KTMT çərçivəsində konkret yardım tədbirlərinə ümid edir. Həmçinin baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan indiki şəraitdə 2023-cü ildə öz ərazisində KTMT təlimləri keçirmək niyyətində deyil.

Tunar Altunbay