Zahid Oruc höküməti tənqid etdi, baş nazir isə "O cihazı gətirin..." dedi

 17:49 17.03.2023     752

“Hansı cihazla müəyyənləşir ki, xalqın arasında hökumətin nüfuzu aşağıdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

“Zahid Orucdan xahiş edəcəm ki, hansı cihazdırsa, gətirsin, görək, xalqın arasında hökumətin nüfuzunu necə ölçürlər”,- deyə baş nazir hökumətin hesabatı ilə bağlı müzakirlərdə söyləyib.

Qeyd edək ki, millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışında bildirib ki, hökumətin xalq içərisində etimadı yüksək deyil.

Həmidə İbrahimli