Səfir 100 milyona görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

 10:15 21.03.2023     230

Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı zəlzələ ilə bağlı yardıma görə Azərbaycana təşəkkür edib.

Redaktor.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.

"Avropa Komissiyası tərəfindən ölkəmizdə və Suriyadakı güclü zəlzələlərdən sonra təşkil olunan Beynəlxalq Donorlar Konfransında 100 milyon dollar ev, dövlət və təhsil binaları inşası üçün ianə verən can Azərbaycana və bütün donor ölkələrə təşəkkürümüzü bildiririk", - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.

AB Komisyonunca ülkemizde ve Suriye’deki büyük depremler sonrası düzenlenen Uluslararası Bağışçılar Konferansında 100 milyon avro konut, kamu ve eğitim binaları yapımı için bağışta bulunan can Azerbaycan’a
ve tüm bağışçılar ülkelere teşekkürlerimizle
????? #Tekyürek pic.twitter.com/oSbOuCWrI0

— Cahit Bağcı (@cahitbagci) March 21, 2023