Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi

 23:57 21.03.2023     399

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:

“Pakistan xalqı adından və şəxsən öz adımdan qardaş Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”.