Blinken Bakı-İrəvan normallaşmasına sadiqdir - Departament

 13:38 22.03.2023     375

ABŞ Dövlət Departamenti Entoni Blinkenin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına sadiq olduğunu açıqlayıb.

Redaktor.az-ın Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun sözçüsü Vedant Patel brifinq zamanı bildirib ki, dövlət katibi ABŞ-ın təşəbbüslərin həyata keçirilməsində ardıcıl yardımını təklif edib.

O, həmçinin qeyd edib ki, əvvəllər bu diplomatik portfellə Filip Riker, indi isə Lui Bono məşğul olur.