Azərbaycanı İrandan qorumaq lazımdır - BLİNKEN

 09:00 23.03.2023     493

Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibi Blinken ermənipərəst demokrat senator Menendezin Azərbaycanla bağlı təxribatçı suallarını cavablandırıb.

Redaktor.az xəbər verir ki, o, Menendezin 907-ci düzəldilişin niyə dayandırılmadığının və ABŞ-ın niyə Azərbaycana hərbi yardım göstərməsinin səbəblərini açıqlayıb.

O qeyd edib ki, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında qarşılıqlı fəaliyyət gücləndirilib.

Blinken ikinci səbəb kimi bildirib ki, Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır.