Azərbaycan XİN Pakistanı təbrik etdi

 15:01 23.03.2023     304

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında yerləşdirilən paylaşımda deyilir.

“Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq” - qeyd olunub.