Rusiya XİN-dən Bakı və İrəvana ÇAĞIRIŞ

 15:16 23.03.2023     283

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistana çağırış edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, sülh prosesinə alternativ yoxdur.

"Hesab edirik ki, sülh prosesinə alternativ yoxdur. Bunda biz qərarlıyıq və mövqeyimizi bir daha təsdiq edirik. Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün trekləri üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova qeyd edib ki, Ermənistanla Azərbaycan arasında düşmənçilik ritorikasının güclənməsi, Qarabağda insidentlərin artması və Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı tərəflərin güzəşt axtarmağa hazır olmaması narahatlıq doğurur.