Rusiyadan Zəngəzurda yaralanan hərbçilərlə bağlı AÇIQLAMA

 17:31 23.03.2023     421

Rusiya Müdafiə Nazirliyi Zəngəzur bölgəsində iki rus hərbçinin yaralanması ilə bağlı hadisənin necə baş verdiyini araşdırır. 

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

O qeyd edib ki, araşdırmanın nəticəsini gözləmək lazımdır: "Burada açıqlamadıqlarımızı telefonla müttəfiqlərimizə çatdırırıq".