Şavkat Mirziyoyev Füzulidə məktəbin açılışına gələcək

 10:35 24.03.2023     296

Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş təntənəli Novruz şənliyində Azərbaycan diasporu da iştirak edib.

Bu barədə Redaktor.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbir çərçivəsində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb. Soydaşlarımızı bayram münasibətilə təbrik edən dövlət başçısı sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və mahnılarını dinləyib. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

Mərkəzin rəhbərliyi soydaşlarımız adından Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib.

Bayram konsertində müxtəlif xalqların, o cümlədən azərbaycanlıların da yaradıcı kollektivi çıxış edib.

 

Özbəkistan Prezidenti Novruz bayramı münasibətilə diasporumuzu təbrik edib - FOTO Özbəkistan Prezidenti Novruz bayramı münasibətilə diasporumuzu təbrik edib - FOTO Özbəkistan Prezidenti Novruz bayramı münasibətilə diasporumuzu təbrik edib - FOTO

2