"ABŞ Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etdirilməsinə çalışır"
“ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur”.
Redaktor.az-ın məlumatına görə,bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel özünün tviter hesabında yazıb.
O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır.