Medvedev Rusiyanın müharibəyə tam hazır olmadığını etiraf etdi

 12:07 25.03.2023     437

Ukraynaya qarşı apardığı hərbi əməliyyat Rusiyada, xüsusən bürokratik və texnoloji sahədə bəzi çətinlikləri üzə çıxardı, lakin amorf cəmiyyət problemini həll etdi, onu strukturlaşdırdı.

Redaktor.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya KİV-lərinə və VKontakte istifadəçilərinə müsahibəsində TASS-ın sualını cavablandırarkən bildirib.

"Ayrı-ayrı qurumlar, təbii ki, hərbi müdafiəni həyata keçirməyə tam hazır deyildilər. Eyni zamanda hərbi komissarlıqlar da uzun müddət fəaliyyətsiz olub”,- Medvedev deyib.

O, cəmiyyətin vəziyyətini də dəyərləndirib.

"Bilirsiniz, bizim cəmiyyətimiz amorf idi. O, 90-cı illərdəkindən qat-qat çiçəklənib", - Medvedev bildirib.

Onun sözlərinə görə, bu amorfluq son vaxtlar digər məsələlərlə yanaşı, istehlakçıların həyat səviyyəsinin artması ilə əlaqədar yaranıb. "Onlar öz ölkələrinin müdafiəsinə qalxmağa, onu müdafiə etməyə hazırdırlar, yoxsa yox? Bu da problem idi. Məncə, hazırda bu, həllini tapıb. Cəmiyyətin, ictimai maraqların strukturlaşması olub, insanlar başa düşürlər ki, onlar öz vətənlərini müdafiə etməlidirlər. Bu çox vacibdir”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib.

O, Rusiyanın bəzi qurumlarını müharibəyə hazır olmadığını etiraf edib:

“Bəzi problemləri tez həll etmək olar, bəzilərini tez həll etmək olmur. Ümumiyyətlə, son illərdə dövlətimiz əvvəlkindən qat-qat güclənib. Ona görə də biz dağılmırıq, əksinə inkişaf etməyi, həmçinin özümüzü layiqincə bəyan etməyi bacarırıq".