Şarl Mişel Paşinyanı eskalasiyadan çəkinməyə çağırdı - YENİLƏNİB

 17:48 25.03.2023     901

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel martın 26-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Brüssel formatında əldə olunan razılaşmaları xatırladıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.  

Bildirilib ki, Mişel Paşinyanı kompromis üçün həll yolları axtarmağa və eskalasiya risklərinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Bundan əlavə, o, Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasına dəstək olacağını vurğulayıb.

Tərəflər telefon danışığı zamanı Laçın yolundakı son durumu da müzakirə ediblər.

***

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb.

O, Ermənistanın hökumət başçısı ilə regiondakı son durumu müzakirə etdiyini bildirib.

Aİ Şurasının Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.