Səfirimiz etimadnaməsini İsrail prezidentinə təqdim etdi - FOTO
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə yazıb.
“Azərbaycan Respublikasının ilk səfiri kimi İsrail Dövlətinin Prezidentinə etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyuram”, - M. Məmmədov sosial şəbəkədə qeyd edib.
I am honored & proud to present my Credentials to the President of the State of Israel as the 1st Ambassador of the Republic of Azerbaijan pic.twitter.com/U0lElZXKTS
— Mukhtar Mammadov (@MammadovMukhtar) March 26, 2023