Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə getdi

 17:29 28.03.2023     249

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov martın 29-30-da hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşəcək.

Bundan başqa, nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcək.