Azərbaycan və İsrail XİN başçıları GÖRÜŞDÜ

 10:03 29.03.2023     242

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş Yerusəlim şəhərində baş tutub.

Birgə fotonun çəkilməsindən sonra ikitərəfli görüş başlayıb.

Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.