İsrailli nazirdən Azərbaycanla bağlı PAYLAŞIM - FOTO

 10:22 29.03.2023     263

İsrailin xarici işlər naziri Eli Kohen özünün "Twitter" səhifəsində Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, nazir İsraildə Azərbaycan səfirliyinin açılmasının tarixi hadisə olduğunu bildirib. 

“Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz", - paylaşımda deyilir.

1229235