Britaniya səfiri Fazil Mustafaya qarşı terrorla bağlı paylaşım etdi
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktını pisləyib.
Redaktor.az xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.
F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub.
"Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", - Britaniya səfiri vurğulayıb.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.
Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Tunar Altunbay
Bir neçə ay əvvəl Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücüm məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram.
— FergusAuldFCDO (@FergusAuldFCDO) March 29, 2023