"Ümid edirik ki, Bakı-Tehran münasibətlərində çat müvəqqəti xarakter daşıyır" - Lavrov

 15:38 29.03.2023     284

Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə aradan qalxacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - o deyib.