Abdullahian Qafqazdan danışdı

 15:25 29.03.2023     195

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Qafqaz regionundan danışıb.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bu mövzuya toxunub.

"Gərginlik heç bir tərəfin xeyrinə deyil, nə Azərbaycanın, nə də Ermənistanın. Bölgədəki məsələlərin güc tətbiq etmədən həlli üçün 3+3 (Rusiya, Türkiyə, İran + Azərbaycan, Ermənistan, Gürcüstan) mexanizmindən istifadə etmək lazımdır", - nazir bildirib.

"Regional təhlükəsizlik digər məsələlərlə, o cümlədən bütün regionun iqtisadi vəziyyətinin çiçəklənməsi ilə sıx bağlıdır", - Abdullahian əlavə edib.