Qriqoryandan həyasızlıq: Laçın dəhlizinə beynəlxalq missiya göndərilməsini istədi
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Laçın dəhlizinə və Qarabağa beynəlxalq missiyanın göndərilməsinin zəruriliyini açıqlayıb.
Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Ermənistan rəsmisi Riqaya işgüzar səfəri zamanı Latviya prezident administrasiyasının rəhbəri Andris Teykmanis, bu ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yaanis Kazoçniş və digər rəsmi şəxslərlə görüşüb.
Danışıqlar zamanı Qriqoryan Laçın dəhlizi ilə bağlı yaranmış vəziyyətdən danışıb.
Turan İSMAYIL