İlham Əliyev bu ölkəyə gedəcək

 15:17 31.03.2023     905

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Tacikistana rəsmi səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Tacikistanın İnvestisiya və Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsi məlumatyayıb.

Prezident Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək. 

Məlumata görə, tədbirə 150-dən çox iştirakçının qatılması planlaşdırılır. O cümlədən nazirlər, sahibkarlar, investorlar, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri forumda  iştirak edəcək. 

Tədbir çərçivəsində iki ölkənin dövlət və özəl sektorunun subyektləri arasında yeni əməkdaşlıq sənədləri imzalanacaq. 

Qeyd edək ki,  2022-ci ildə Tacikistan və Azərbaycan arasında mal və məhsul dövriyyəsi 6,2 milyon dollar təşkil edib, bu da ümumi mal və məhsul dövriyyəsinin 0,1%-nə bərabərdir.