12 partiya Lalə Şövkətin ətrafında birləşir

 12:45 01.04.2023     531

"Siyasi partiyalar haqqında” qanunun tələbləri bəzi siyasi təşkilatları fəaliyyətini dayanmdırmağa məcbur etdi. 5 min üzvü olmayan xırda partiyaların biri-biri ilə birləşəcəyi ilə bağlı müzakirələrin aparılması artıq təsdiq olunub. 

Redaktor.az xəbər verir ki, 5 min üzvü olmayan və Ədliyyə Nazirliyində qeydiyata alınan 12 partiya Azərbaycan Liberal Patiyasına birləşməsi ilə bağlı müzakirələrə başlayıb.

Məlumata görə, məqsəd professor Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi partiyanın əvvəlki nüfuzunun özünə qaytarılmasıdır. 

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: 

"Hazırda qeydiyyata alınan 12 partiyanın ALP-yə birləşməsi ilə bağlı təkliflər var və bu istiqamətdə müzakirələr gedir”.