Parlament partiyalarının hamısı hesabat verdi - RƏSMİ

 18:46 01.04.2023     900

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların ilkin siyahısını dərc edib. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 59 partiyadan 37-si illik maliyyə hesabatını təqdim edib.

MSK-dan Redaktor.az-a verilən məlumata görə, Milli Məclisdə təmsil olunan siyasi partiyaların demək olar ki, hamısı ötən il üzrə hesabatını verib.

Həmin partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası (YAP)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP)

Ana Vətən Partiyası (AVP)

Böyük Quruluş Partiyası (BQP)

Vəhdət Partiyası (VP)

Vətəndaş Birliyi Partiyası (VBP)

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

Real Partiyası (RP)

Milli Cəbhə Partiyası (MCP)

Qeyd edək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər.