İran Azərbaycana yeni səfir göndərir?

 16:45 02.04.2023     388

SEPAH-ın “Telegram” kanalında İranın Azərbaycana yeni səfir göndərəcəyi ilə bağlı paylaşım edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Məlumatda deyilib:

“Əldə olunan məlumata görə, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçilu Azərbaycana yeni səfir təyin olunacaq”.

M.Dəmirçilu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib. Hazırda XİN-də İdarə rəisi postunu tutur.

Qeyd edək ki, SEPAH mediası Azərbaycan Respublikasını qərəzli şəkildə “Şimali Azərbaycan vilayəti” adlandırıb.