Müharibədən sonra minaya düşüb ölən və yaralananların sayı AÇIQLANDI

 20:57 02.04.2023     402

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.

Redaktor.az xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yer alıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın daha bir əsgəri minaya düşməsi nəticəsində həlak olub:

“2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”.