Bakıda polis postları quraşdırıldı - Fazil Mustafaya terrorla bağlı 4 nəfər tutuldu

 01:51 03.04.2023     545

"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir".

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya terror aktı törədilib.