"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır" - Xaçaturyan

 16:48 03.04.2023     303

"Ermənistan Azərbaycanla sülhün əldə olunmasında və sülh müqaviləsi imzalanmasında maraqlıdır".

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Byorn Söderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Ermənistan hökumətinin bir məqsədi var - regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq", - Xaçaturyan bildirib.

Tunar Altunbay