"Ziya Bünyadovla Rafiq Tağının qətlinin sifarişi İrandan gəlmişdi" - Ziyafət Əsgərov
"İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin aprelin 4-də keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O söyləyib ki, mərhum akademik Ziya Bünyadovla Rafiq Tağının qətlinin sifarişi İrandan gəlmişdi".
Z.Əsgərov qeyd edib ki, Ermənistanla əməkdaşlıq edən İranın Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının arxasında durması təsadüfi deyil: "Azərbaycana qarşı tələ quranlar özləri bu tələyə düşəcəklər”.