"Erməni vəhşiliyinin miqyası o dərəcədədir ki, mən öz evimi tapa bilmirəm" - Cəbrayılın deputatı

 13:02 04.04.2023     342

"Məlum olduğu kimi, Vətən müharibəsi dövründə bölgədəki proseslərə müdaxilə etməyə cəhd edən Fransanın burnu bir neçə dəfə möhkəm əzildi. Sonrakı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Fransanın bütün cəhdlərinin qarşısını qətiyyətlə aldı".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

"Bu bir reallıqdır ki, bu gün də bölgəyə sülhün gəlməsinə, münasibətlərin normallaşmasına ən çox mane olan Fransa və Fransanın prezidenti Emanuel Makrondur. Bu gün artıq bəzi Fransa siyasətçiləri də açıq qeyd edirlər ki, Emanuel Makron artıq özünü Fransızların deyil, ermənilərin Prezidenti kimi aparır.  

Əgər Fransanın ikinci erməni dövləti qurmaq niyyəti varsa, bunu Marsel şəhərində edə bilər. Bu gün ermənilər Marsel şəhərinə də iddia edirlər. Şərait yaratsınlar orda ermənilər ikinci erməni dövləti qursunlar" - millət vəkili dedi.

"Əgər Fransa belə prosesə töhfə vermək niyyətində idisə, niyə 30 il müddətində ATƏT çərçivəsində bu canfəşanlığı göstərmədi" - deyə sual edən C.Məmmədov erməni vəhşiliyinin, barbarlığının şahidi kimi Fransa Senatına belə bir təklif verdi:

"Əgər siz həqiqi barbarlığı, soyqırım görmək istəyirsizsə, gəlin mən sizi aparım göstərim necə ermənilər on min kvadratmetr kilometr ərazini, mənim doğulub başa çatdığım evimi barbarcasına dağıdıblar, babamın, nənəmin və digər doğmalarımızın qəbrini necə goreşən kimi eşiblər. Bu vəhşiliyin miqyası o dərəcədədir ki, mən öz evimi tapa bilmirəm.

Fransa bilməlidir ki, Azərbaycan yenə bu cəhdlərin qarşısını qətiyyətlə alacaq. Hər dəfə burnu yenidən əziləcək".

Qeyd edək ki, deputat Ceyhun Məmmədov Milli Məclisdə erməni işğalından azad edilmiş Cəbrayıl rayonunu təmsil edir.

Turan İSMAYIL