İran parlamenti Azərbaycana qarşı bəyanat qəbul etdi

 13:02 05.04.2023     228

Aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib.

Redaktor.az IRNA agentliyinə istinadla xəbər verir ki, onlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.

"Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar. İran parlamenti ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıb”, - məlumatda deyilir.

İranın Xarici İşlər Nazirliyinə bütün islam ölkələrinə müvafiq müraciət göndərmək təklif edib.