Gürcüstanın Baş naziri Azərbaycana gəldi

 13:28 07.04.2023     280

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Redaktor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, səfər zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, bundan sonra ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış edəcəklər.

Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Gürcüstanın iqtisadiyyat naziri, XİN başçısı və hökumət aparatının rəhbəri də daxildir.