"Dostluğumuz daha da güclənir" - Prezident

 15:32 07.04.2023     283

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız.

Redaktor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.

“Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki, beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə də tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir.