Cavanşir Paşazadəyə "Şərəf" ordeni verildi - SƏRƏNCAM

 13:40 11.04.2023     999

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Cavanşir Paşazadə Milli Məclisin deputatıdır. Aprelin 12-də onun 70 yaşı tamam olacaq.