Aqil Abbasa “Vətənə xidmətə görə” ordeni verildi - SƏRƏNCAM

 13:44 11.04.2023     659

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Aqil Abbas Milli Məclisin deputatıdır. Onun 70 yaşı tamam olub.