Fazil Mustafa evə buraxıldı - "Hər şey yaxşıdır"

 16:17 11.04.2023     473

Milli Məclisin deputatı Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

Bu barədə Redaktor.az-a millət vəkilinin qardaşı İlqar Mustafayev məlumat verib.

"Xəstəxanadan çıxıb. Evdədir. Hər şey yaxşıdır. Bilirsiniz ki, çiynindən yenə əməliyyat olunub. 6 həftə tərpətməməlidir. İnşallah sağalandan sonra tam bərpa olunar" - o, deyib.

Xatırladaq ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Həmidə İbrahimli