Qənirə Paşayeva Gömrük Komitəsinə səsləndi: "Öz ailəsi üçün dərman gətirənlərə toxunmaq olmaz"

 14:08 12.04.2023     301

"Reseptlərlə bağlı çoxsaylı müraciətlər alırıq. Bəzi vətəndaşlar bu dərmanları ala bilmir. Bu çox həssas məsələdi, ona görə fikirlərimi səsləndirmək istəyirəm".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə müharibə iştirakçılarının və əhalimizin dərmanlarla bağlı üzləşdiyi ciddi problemlərdən danışarkən deyib.

O, hesab edir ki, idxal prossesinin sadələşdirilməsinə ciddi ehtiyac var.

"Burada əsas məsələ inhisarçılığa son qoyulmasıdır. Əgər inhisarçılığa son qoyularsa, bu sahədə rəqabət yaranarsa, o zaman dərmanların keyfiyyət və qiymətinə də öz təsirini göstərəcək. Bəzi dərmanlar var ki, onların qiymətində çox fərq var. Səfərə gedəndə dost-tanışlar xahiş edir ki, dərmanı oradan alaq. Çünki qiymətlərində ciddi fərq var.

Mən Dövlət Gömrük Komitəsinə səslənirəm. Hamının pasportunda var: əgər bir insan ildə bir və ya iki dəfə xaricə çıxırsa, demək, o, dərman alveri ilə məşğul olan insan deyil. Bu insanlar öz ailəsi üçün dərmanlar gətirirsə, onlara toxunmaq olmaz", - deyə Qənirə Paşayeva bildirib.

Turan İSMAYIL